Klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs saxlanıldı

18:45 - 4 Mart 2026 - HADİSƏ

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib. Naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti