İran 48 saat ərzində Yaxın Şərqdəki doqquz ABŞ hərbi bazasına zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, İran qüvvələri son 48 saat ərzində Yaxın Şərqdəki ən azı doqquz ABŞ hərbi bazasına zərbə endirib.
Peyk görüntülərini araşdırdıqdan sonra kanal zərbələrin Küveytdəki dörd, BƏƏ-də iki, İraq, Bəhreyn və Qətərdə isə bir hərbi obyekti hədəf aldığı qənaətinə gəlib.
Kanal qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının bazasına edilən zərbə peyk rabitə mərkəzinin və anbarın iki radar günbəzini məhv edib.