ABŞ bayrağı altında üzən qayıq Kuba sularına girərək atəş açıb və yeddi Kuba vətəndaşını yaralayıb. Cavab atəşində dörd amerikalı həlak olub.
Ucnoqta.az bildirir ki, Reuters agentliyi Kuba Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, qurbanların dördü ABŞ-nin Florida ştatında yerləşdiyi bildirilən qayıqda olub.
Hadisə nəticəsində Kuba sərhəd patrulunun komandiri yaralanıb.