Braziliyanın Minas-Jerays ştatını bürüyən şiddətli yağışlar nəticəsində ölənlərin sayı 30-a çatıb. Ucnoqta.az xəbər verir ki, CNN Brasil-in məlumatına görə, daha 39 nəfər itkin düşüb.
Ştatda şiddətli yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ziyan Juiz de Fora və Uba şəhərlərinə dəyib. Təxminən 440 nəfər evsiz qalıb. Uçmuş binaların dağıntıları altından on üç sakin xilas edilib. Ümumilikdə 208 qurban xilas edilib və onlar artıq lazımi tibbi yardım alırlar.