Serbiya hüquq-mühafizə orqanları Prezident Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd olunub ki, D.R. (1975-ci il təvəllüdlü) və M.R. (1983-cü il təvəllüdlü) Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah əldə etməklə ən yüksək dövlət orqanlarını devirmək üçün sui-qəsddə şübhəli bilinirlər və Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdi edirlər.
Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər həbs qətimkan tədbiri seçilib. Cinayət işi Kralyevodakı Ali Prokurorluğa təhvil veriləcək.