Naməlum ABŞ təyyarəsi Rusiya sərhədini keçib - Flightradar

09:24 - 20 Fevral 2026 - DÜNYA

Naməlum ABŞ təyyarəsi Murmansk vilayəti üzərində Rusiya hava məkanına daxil olub.

Ucnoqta.az xəbər verir ki, Flightradar məlumatlarına görə, Rusiya hava məkanına ABŞ-dan gələn naməlum təyyarə daxil olub.
Məlumatlar göstərir ki, Boeing 787 təyyarəsi Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından qalxıb və Murmansk vilayəti üzərindən sübh tezdən Rusiya hava məkanına daxil olub. 

Təyyarənin marşrutu Qrenlandiya üzərindən Norveç və Finlandiyanın hava məkanından keçib. Təyyarənin və sərnişinlərin vətəndaşlığı haqqında məlumat hazırda məlum deyil.

Xəbər xətti