Ermənistanın Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Hakopyan arasında vətəndaş nikahı başa çatıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
“Nəzərinizə çatdırıram ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm. Təşəkkür edirəm”, - o bildirib.
Erməni siyasətçinin ailə vəziyyəti həmişə ictimaiyyətin marağında olub. 2024-cü ildə Anna Hakobyan və Nikol Paşinyan sosial media kanallarında evli olmadıqlarını açıqlayıblar. Cütlük 27 ildən çoxdur birlikdə olmalarına və uşaq böyütmələrinə baxmayaraq, qanuni nikahda olmadıqlarını qeyd ediblər.