Ukrayna nümayəndə heyəti növbəti üçtərəfli danışıqların keçiriləcəyi Cenevrəyə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSMC) katibi Rüstəm Umerov məlumat verib.
"Ukrayna nümayəndə heyəti artıq Cenevrəyə gəlib. Sabah üçtərəfli formatda növbəti danışıqlar raunduna başlayırıq. Gündəlik razılaşdırılıb və komanda işə hazırdır", - deyə o, Telegram kanalında yazıb.
O, əlavə edib ki, humanitar və təhlükəsizlik məsələləri müzakirə olunacaq.