Məktəblər bağlandı, uçuşlar ləğv olundu ... - Kataloniyada güclü külək

08:09 - 13 Fevral 2026 - DÜNYA

Kataloniyada güclü külək 86 nəfərin xəsarət almasına səbəb olub, onlardan 34-ü xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, muxtar icmanın Mülki Müdafiə İdarəsi bu barədə məlumat verib. Xilasedicilər hava şəraiti ilə bağlı yüzlərlə hadisə qeydə alıblar.

Küləyin sürəti saatda 100 kilometrə çatıb. İspaniya Milli Meteorologiya Agentliyi bölgədəki bir neçə şəhər üçün narıncı həyəcan siqnalı verib.

Hakimiyyət orqanları məktəblərdə və universitetlərdə dərsləri ləğv edib. Təcili olmayan tibbi yardım müvəqqəti olaraq dayandırılıb.

Barselona Beynəlxalq Hava Limanı şiddətli hava şəraiti səbəbindən 101 uçuşu ləğv edib. Daha 10 uçuş digər hava limanlarına yönləndirilib. Aena xəbər verir ki, meteoroloqlar hava şəraitinin tədricən yaxşılaşacağını gözləyirlər.

Xəbər xətti