Şəmkirdə iki avtomobil toqquşdu - ölən və xəsarət alan var

10:23 - 27 Yanvar 2026 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2110"un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti