AB-də yeni minik avtomobilləri bazarında ən populyar brendlər açıqlanıb.
Ucnoqta.az-ın məlumatına görə, yanvar-noyabr ayları arasında AB-də cəmi 9.860.092 yeni minik avtomobili qeydiyyata alınıb.
Bu avtomobillər arasında ən çox tələbat “Volkswagen2 modellərinə olub və 11 ay ərzində 1,1 milyondan çox ədəd satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə “Volkswagen” AB-də satışlarını 4,7% artırıb.
“Toyota” və “Skoda” da ilk üçlüyə daxil olub.
AB-nin yeni minik avtomobilləri bazarında ilk on brend bunlardır:
“Volkswagen” - 1.120.050 ədəd (+4,7%);
“Toyota” - 676.625 ədəd (-6,5%);
“Skoda” - 664.142 ədəd (+10%);
“Renault” - 604.236 ədəd (+6.9%);
“BMW” - 586.959 ədəd (+4%);
“Mercedes-Benz” - 510.810 ədəd (+1.4%);
“Dacia” - 510.322 ədəd (+5.2%);
“Peugeot” - 509.407 ədəd (-2.8%);
“Audi” - 476.204 ədəd (-0.1%);
“Hyundai” - 382.582 ədəd (-1.6%).