Moskva istiqamətində uçan 4 PUA vurulub

08:28 - 24 Dekabr 2025 - DÜNYA

Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 172 Ukrayna PUA-sını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryansk vilayəti üzərində 110, Belqorod vilayəti üzərində 20, Kaluga vilayəti üzərində 14, Tula vilayəti üzərində 12, Oryol vilayəti üzərində 6, Moskva vilayəti üzərində 4, o cümlədən Moskvaya gedən iki PUA, Lipetsk vilayəti üzərində 3, Volqoqrad vilayəti üzərində 1, Kursk vilayəti üzərində 1, Smolensk vilayəti üzərində 1 PUA zərəsizləşdirilib.

Xəbər xətti