Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə immiqrasiya qanunlarını pozaraq yaşayan 43 əcnəbini deportasiya ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya edilib.
İlin əvvəlindən bəri ölkədən 1200 qanunsuz miqrantın deportasiya edildiyi bildirilir.