Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.
Ucnoqta.az manset.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibəyli akademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.
Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.