Ucnoqta.az
www.ucnoqta.az

AMEA-nın girişi bağlandı: İsa Həbibbəyli akademiyaya gəlsə də ... - FOTO

12:46 - 5 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Ucnoqta.az manset.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli akademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası