“Qarabağ” və “Ayaks” oyununun biletləri satışa çıxarıldı

15:18 - 4 Dekabr 2025 - İDMAN

“Qarabağ” və “Ayaks” oyununun biletləri satışa çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, biletlər saat 15:00-dan satışa çıxarılıb.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilər.

Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Xəbər xətti