Rusiya Prezidenti Vladimir Putin bu gün Hindistana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi Rusiya liderini qeyri-rəsmi təkbətək görüş üçün iqamətgahında qəbul edəcək. Dekabrın 4-ü səhər prezident sarayında qarşılanma mərasimi keçiriləcək. Proqrama daha sonra təkbətək və geniş formatlarda danışıqlar daxildir.