Banqladeşin keçmiş baş nazirinin həbs cəzası artırıldı

11:33 - 1 Dekabr 2025 - DÜNYA

Banqladeşdə məhkəmə keçmiş baş nazir Şeyx Hasinanı, bacısı Şeyx Rehananı və qardaşı qızı, Britaniya millət vəkili Tulip Siddiqin korrupsiya işi üzrə həbs cəzasına məhkum edilməsi barədə qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Daily Star məlumat yayıb.

Şeyx Hasina beş il, bacısı yeddi, qardaşı qızı isə iki il həbs cəzasına məhkum edilib.

İş Purbaçolda Rajuk Yeni Şəhər layihəsi üçün torpaq ayrılması zamanı yol verilən qanun pozuntuları ilə bağlıdır. Prokurorlar torpaqların qanunsuz əldə edildiyini iddia edirlər.

Ötən həftə Şeyx Hasina keçmiş baş nazir üçün torpaq ayrılması ilə bağlı üç ittiham üzrə yeddi il həbs cəzasına məhkum edilib və ümumi cəza müddəti 21 ilə çatıb.

Xəbər xətti