Portuqaliya futbol əfsanəsi Kriştiano Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunun onun son turniri olacağını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Ronaldo Ər-Riyadda keçirilən turizm forumu zamanı video bağlantı vasitəsilə sualı cavablandırarkən Fransanın RMC Sport radiostansiyasına bildirib.
"Bəli, mütləq. Mənim 41 yaşım olacaq və düşünürəm ki, bu, doğru vaxt olacaq", - ulduz futbolçu bildirib.
Portuqaliya kapitanının sözlərinə görə, peşəkar futboldan çıxması da üfüqdədir:
"Tezliklə" dedikdə, bu, yəqin ki, bir-iki il sonra deməkdir."