ABŞ Prezidenti Donald Tramp 2020-ci il ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham olunan onlarla tərəfdarının əfv edilməsi barədə sərəncam imzaladı.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əfv üzrə vəkil Ed Martin məlumat verib.
Sərəncamda Trampın keçmiş vəkili və Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani, Ağ Evin keçmiş aparat rəhbəri Mark Medouz və Respublikaçıların keçmiş kampaniya vəkili Sidni Pauellin adları çəkilir.
Sənəddə qeyd edildiyi kimi, əfv Trampın özünə şamil edilmir.