Xəstə xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

13:37 - 10 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb. Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti