İspaniya NATO-dan çıxarılmalıdır - Tramp

00:02 - 10 Oktyabr 2025 - DÜNYA

Tramp İspaniyanın NATO-dan “qovulmasının” zəruriliyini bəyan edib

Ucnoqta.az xəbər verir ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşü zamanı bildirib ki, İspaniya hərbi xərclərinin az olması səbəbindən Şimali Atlantika Alyansından xaric edilməlidir.

"Onların bunu etməmək üçün heç bir səbəbi yoxdur. Amma nə olursa olsun. Açığı, onların NATO-dan çıxarılması lazım ola bilər", - o deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, alyansın üzvü olan ölkələr hazırda onun ölkəsindən hərbi təyyarələr və bir sıra digər texnika da daxil olmaqla “ən yaxşı” silahları alırlar.

Xəbər xətti