Bu rayonun prokuroru vəzifədən azad edildi - YENİ TƏYİNAT

12:01 - 23 İyul 2025 - Cəmiyyət

Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Baş prokurorun digər Əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.

Qeyd edək ki, E.Rüstəmov bu təyinata qədər Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl Füzuli rayonunun prokuroru işləyib.


Xəbər xətti