Suriyada əsir mübadiləsi baş tutmadı

00:00 - 21 İyul 2025 - DÜNYA

Ərəb qəbilə silahlılarının Suriyanın Əs-Suveyda əyalətində druzların mövqelərinə hücumu atəşkəs əldə edildikdən sonra axşam saatlarında tərəflər arasında əsir mübadiləsi prosedurunu pozub.

Ucnoqta.az xəbər verir ki, Şam telekanalının verdiyi məlumata görə, səhər saatlarında bədəvi birləşmələri druzların özünümüdafiə qüvvələrinin nəzarətinə keçən Ərikə və Əl-Məcdəl bölgələrinə hücum edib.

Əsir götürülən döyüşçülərin və girovların azad edilməsinə yerli vaxtla saat 18:00-da Umm Zeytun bölgəsində başlanacağı daha əvvəl açıqlanmışdı.
Druz icmasının şeyxləri bütün tərəfləri “bu prosesin uğurunu təmin etmək üçün əməkdaşlığa və maksimum məsuliyyət nümayiş etdirməyə” çağırıblar.

Bundan əlavə, onlar hakimiyyətdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsini bərpa etməyi, həmçinin əyalətdə mobil rabitə və internetin bərpasını tələb ediblər.

“Biz beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış sazişdə nəzərdə tutulduğu kimi, sakinlərlə əlaqəni təmin etmək və məhbusların azadlığa buraxılması üçün şərait yaratmaq üçün dərhal rabitə xidmətlərinin göstərilməsini tələb edirik”, - bəyanatda vurğulanır.

Xəbər xətti