Netanyahu qidadan zəhərləndi

17:19 - 20 İyul 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və müayinədən sonra həkimlər onun bağırsaqlarında iltihab olduğunu müəyyən ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirliyin ofisi məlumat yayıb.

Məlumata görə, xəstəliyin səbəbi "qida zəhərlənməsi" olub.

"Əlavə müayinələrdən sonra Baş nazirin vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Hazırda o, xəstəliklə bağlı susuzlaşdırma nəticəsində itirilən mayenin doldurulması üçün venadaxili müalicə alır", - mətndə qeyd edilir.

Həkimlərin göstərişlərinə uyğun olaraq, Netanyahu qarşıdakı üç günü evdə keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.

Xəbər xətti