Belarus Prezidenti Aleksandr Lukaşenko İndoneziya Prezidenti Pravobo Subianto ilə xarici liderlər arasında əvvəllər yalnız Rusiya Federasiyasının Prezidenti Vladimir Putini və Çin Xalq Respublikasının Sədri Si Cinpini qəbul etdiyi evdə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət üç saata yaxın davam edib. Bu müddət ərzində liderlər mümkün qədər geniş mövzuları müzakirə etdilər. Prezidentlər qeyri-rəsmi şəraitdə görüşüblər - Lukaşenko indoneziyalı həmkarını evinə dəvət edib.