İspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Coğrafiya İnstitutunun məlumatında deyilir.
Məlumata görə, yeraltı təkanların episentri krallığın cənub-şərqində, Palos burnu yaxınlığında Aralıq dənizində olub.
Zəlzələnin ocağı təxminən 2 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib