Rusiyanın Ukraynada itkiləri daha da artır

08:57 - 3 İyul 2025 - DÜNYA

İyulun 3-də Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1000 əsgərini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Müdafiə Qüvvələri həmçinin beş zirehli döyüş maşını, iyirmidən çox artilleriya sistemi məhv edib.

Beləliklə, Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan düşmən 1 023 090 hərbçisini itirib.

24 fevral 2022-ci ildən 3 iyul 2025-ci ilə qədər Rusiyanın müharibədə ümumi döyüş itkiləri

Şəxsi heyət - təxminən 1.023.090 (+1.000) nəfər,

tanklar - 10 986 (+1) ədəd,

Zirehli texnika- 22 936 (+5) ədəd,

artilleriya sistemləri - 29 815 (+21) ədəd,

MLRS - 1427 ədəd,

hava hücumundan müdafiə vasitələri - 1191 ədəd,

təyyarə - 420 ədəd,

helikopterlər - 340 ədəd,

əməliyyat-taktiki səviyyəli PUA - 43 098 (+85),

qanadlı raketlər - 3436,

gəmilər / qayıqlar - 28,

sualtı qayıqlar - 1,

avtomobillər və tankerlər – 53 887 (+101), xüsusi texnika – 3 922 (+1).

Xəbər xətti