Cənubi Karolina ştatında atışma nəticəsində ən azı 11 nəfər xəstəxanaya aparılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Məlumata görə, atışma bazar günü yerli vaxtla saat 21:30 radələrində Little River qəsəbəsində baş verib. Hadisənin səbəbləri, eləcə də zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.