"Müharibəyə başlayanda bilməlisən ki, ..."

20:46 - 14 Aprel 2025 - DÜNYA

Ukrayna hakimiyyəti daim raket almaq üçün ABŞ-a müraciət edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan Ukraynanın 10 Patriot zenit-raket kompleksi üçün ABŞ-a 15 milyard dollar ödəməyə hazır olduğunu, lakin Vaşinqtonun sistemləri satmaqdan imtina etdiyini deyən Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə münasibət bildirməsi istənilib.
“O, həmişə raketlər əldə etməyə çalışır”, - deyə dövlət başçısı cavab verib.

"Bax, müharibəyə başlayanda bilməlisən ki, onu qazana bilərsən, elə deyilmi? Sən səndən 20 dəfə böyük birinə qarşı müharibəyə başlayırsan və insanların sənə raketlər verəcəyinə ümid edirsən", - Ağ Evin rəhbəri əlavə edib.
O, bir daha bəyan edib ki, ilk prezidentlik dövründə Kiyevi “Javelin” tank əleyhinə sistemlərlə təmin edib.

Xəbər xətti