Kadırovun 17 yaşlı oğluna yeni vəzifə verildi

15:53 - 1 Aprel 2025 - Xəbər

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu və onun təhlükəsizlik idarəsinin rəisi Adam Kadırov regional Daxili İşlər Nazirliyinin kuratoru təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Bildirilir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovun tapşırığına əsasən, Adam Ramzanoviç Kadırov Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə kuratoru təyin edilib.

Bundan əvvəl 17 yaşlı Adam Kadırov da Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti və Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib.

Xəbər xətti