Texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişdi

13:31 - 12 Fevral 2025 - AVTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

Xəbər xətti