Saç köklərini zəiflədir və saç tökülməsinə səbəb olur - Sərt su xəbərdarlığı

06:21 - 6 Fevral 2025 - DİGƏR

 Saç tökülməsi və saç sağlamlığının qorunmasında saç baxımında doğru məhsulların istifadə edilməsi əhəmiyyətlidir.

Ucnoqta.az xəbər verir ki, dermatoloq Dr. Ayşegül Səma Işık saç tökülməsinin bir çox fərqli səbəbinin olduğunu, xüsusilə qadınlarda dəmir çatışmazlığı, qan azlığı, B12 çatışmazlığı, mineral çatışmazlığı, hamiləlik və əmizdirmə dövrlərinin sıx saç tökülməsinə səbəb ola biləcəyini deyir.

Sağlam olmayan qidalanma vərdişlərinin kişilərdə saç tökülməsinə səbəb olduğunu söyləyən Işık, "Yağlı, şirin, şəkərli qidalar və turşulu içkilərin artan istehlakı bədənin ümumi sağlamlığına təsir edə bilər və saç tökülməsinə səbəb ola bilər. Genetik və ətraf mühit faktorları da əhəmiyyətli rol oynayır" dedi.

Sərt hamam suyu və tez-tez fen və buruq ütülərdən istifadə kimi faktorların saç sağlamlığına mənfi təsir edir.
"Saçlarınızı bir çay qaşığı sirkə ilə yaxalamaq sərt suya qarşı faydalı ola bilər.

Evdə tətbiq oluna bilən sadə üsullara saça qulluq yağları, eliksirlər və duzsuz, sulfatsız şampunlar daxildir.
Tibbi müalicədə vitamin və mineral əlavələri ilə birlikdə mezoterapiya və PRP kimi üsulları tətbiq edərək saç sağlamlığını dəstəkləyirik” — mütəxəssis bildirib.

Xəbər xətti