Sərxan Hacıyev istefa verib?

16:17 - 3 Fevral 2025 - İDMAN

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev vəzifəsindən ayrılıb. 

Ucnoqta.az Sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib. 

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir. 

AFFA-nın mətbuat xidməti isə saytımıza açıqlamasında xəbəri təkzib edib: “Bu yanlış məlumatdır”.

Xəbər xətti