Azərbaycanla bu ölkə arasında viza rejiminin ləğvi qüvvəyə minib

14:01 - 3 Fevral 2025 - Xəbər

Fevralın 2-dən etibarən Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi qüvvəyə minib.

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş xarici işlər naziri Ceyhun Bayramov və Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara tərəfindən 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.

Xəbər xətti