Misli Premyer Liqasının 21-ci turunda "Qarabağ" "Zirə"nin qonağı olub.
Ucnoqta.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma "Zirə"nin qələbəsi ilə yekunlaşıb (3:2). Oyunun ilk hissəsində Ağdam klubu iki top irəlidə olsa da, ikinci hissədə "Zirə" futbolçularının inamlı oyunu sayəsində hesab 3:2 ilə bitib.
2 fevral
19:00. “Zirə” – “Qarabağ” - 3:2
Qol: Aleksey Kaşuk, 20 (0:1), Patrik Andrade, 42 (0:2), Salifu Suma, 56 (1:2), 67 (2:2), Davit Volkov, 90
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev