Ukrayna Dünya Bankından güzəştli kredit şəklində 1 milyard dollardan çox, Avropa İttifaqından isə 150 milyon avro alacağını gözləyir.
Ucnoqta.az xəbər verir ki, bunu baş nazir Denis Şmıxal deyib.
“Ukrayna Dünya Bankından 1 milyard dollardan çox güzəştli kredit cəlb edəcək. Biz bu gün müvafiq qərar qəbul etdik. Bu vəsaitlər Yaponiya və Böyük Britaniya hökumətləri sayəsində toplanıb.
Bu gün başqa bir qərar bizə Avropa İttifaqından əlavə 150 milyon avro cəlb etməyə imkan verəcək”, - o, Telegram kanalında yazıb.