Təcili tibbi yardım helikopteri sərt eniş edib

13:34 - 22 Oktyabr 2024 - HADİSƏ

 Təcili tibbi yardım helikopteri Rusiyanın Nijni Novqorod vilayətində meşəyə sərt eniş edib.

Ucnoqta.az xəbər verir ki, Rostec-in Milli Hava Təcili Yardım Xidmətindən (NSSA) TASS-a verilən məlumata görə, pilotlar ciddi qəzanın qarşısını alıb.

Hadisə nəticəsində pilotlardan biri ayağından xəsarət alıb.

 Qeyd olunur ki, hadisə yerinə yaxınlıqdakı səhiyyə müəssisələrinin həkimləri, eləcə də qonşu rayondan təcili tibbi yardım maşını göndərilib.

Xəbər xətti