Sabah bu ərazilərdə qaz olmayacaq

20:33 - 17 Oktyabr 2024 - Xəbər

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Ucnoqta.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin Binə Sovxozu, Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər xətti