Mətbəx süngərlərindəki təhlükə

06:18 - 17 Oktyabr 2024 - Cəmiyyət

Mətbəx süngərlərində təhlükəli mikroblar və bakteriyalar yaşayır
Sağlamlıq problemlərindən qaçmaq üçün qabyuyan süngərləri ayda bir neçə dəfə yeniləmək lazımdır. 

Ucnoqta.az xəbər verir ki, terapevt Natalya Burakova mətbəx süngərlərinin üzərində yığılan mikrobların və bakteriyaların sağlamlıq problemlərinə səbəb olmaması üçün nə qədər tez-tez dəyişdirilməli olduğunu bildirib.

 Mikroorqanizmlər üçün çoxalma yeri olduğundan süngərlərin hər həftə yenilənməsi lazımdır.
“Lakin başqa variant da var: süngəri dərhal atmaq lazım deyil, çirkləndikcə mikrodalğalı sobaya 1-2 dəqiqə qoyub və ya üzərinə qaynar su tökərək dezinfeksiya edin”, - deyə Burakova bildirib. 

Ekspert süngər əvəzinə birdəfəlik mikrofiber salfetlərdən istifadə etməyi də məsləhət görüb.
 Ancaq artıq tanış olan süngərlərdən imtina etmək istəmirsinizsə, dezinfeksiyadan əlavə, qabları yuduqdan sonra qurudulmalıdır.
Bu yaxınlarda dermatoloq Petrosova həddindən artıq əl yuma barədə xəbərdarlıq etdi.

Xəbər xətti