OPEC+ ölkələri 2024-cü ilin sentyabrında neft hasilatını sutkada 130 min barel (b/d) azaldıb, lakin könüllü məhdudiyyətlər nəzərə alınmaqla gündəlik 720 min barel neft hasil edib.
Ucnoqta.az xəbər verir ki, bu Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında təqdim olunub.
BEA-nın məlumatına görə, könüllü azalmalar nəzərə alınmaqla, saziş çərçivəsində OPEC+ ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi sentyabr ayı üçün 33,7 milyon barel, faktiki hasilat isə 34,43 milyon barel olub.
Beləliklə, planın artıqlaması təxminən 720 min barel/gün olub.