Dövlət qulluğu imtahanından Azərbaycan dili və informatika çıxarılacaq? -  RƏSMİ AÇIQLAMA

18:51 - 11 Oktyabr 2024 - Xəbər

Bildiyimiz kimi, dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi proqramlarına Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür daxildir.

Bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, dövlət qulluğuna qəbul imtahanından Azərbaycan dili və informatika çıxarılacaq, əvəzinə dünya görüşü və ingilis dili əlavə olunacaq. 

Bəs bu, nə dərəcədə həqiqəti əks etdirir?

Ucnoqta.az xəbər verir ki, sfera.az məsələnin əslini öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Mövzu ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, məlumat doğru deyil.

Xəbər xətti