Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik”, - o, cavab verib.
“Belə bir fikir var idi, amma bəziləri tərəfindən dəstəklənməyib”.
Uşakovun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.