Neftin qiyməti 80 dolları ötüb
Ucnoqta.az ticarət məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti avqustun 29-dan bəri ilk dəfə bir barel üçün 80 dolları ötüb.
Birjanın məlumatına görə, Brent fyuçersləri artımı sürətləndirərək 80,44 dollardan (+3,06%) alınıb.
Eyni zamanda, WTI markalı neftin noyabr ayında tədarük üçün fyuçersləri 3,25% artaraq bir barel üçün 76,8 dollar təşkil edib.