Bakının Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Bu barədə Ucnoqta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Yeni Ramana yaşayış sahəsini “Koroğlu” metrostansiyası və “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.