Balıq yemək aqressiyanı azaldır

08:51 - 7 Oktyabr 2024 - DİGƏR

ABŞ-ın Pensilvaniya Universitetində təxminən 4 min insanın məlumatlarının araşdırılaraq aparılan araşdırma, xüsusilə balıqda olan omeqa-3 yağ turşularının beyin kimyasına təsir edə biləcəyini aşkara çıxarıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma, balıqların tərkibindəki omeqa-3 yağ turşuları sayəsində qısa müddətdə aqressiv davranışı 28 faiz azaldıb.
Nəticələr həmçinin omeqa-3-ün şizofreniya və qidalanmaya qarşı profilaktik təsiri ilə bağlı əvvəlki fərziyyələri təsdiqləyib.

"Aqressiyanı azaltmaq üçün omeqa-3 əlavələrinə başlamaq vaxtıdır. İstər icma, istər klinika, istərsə də cinayət mühakiməsi sistemi olsun” - Neyrokriminoloq Adrian Reyn deyib.

Xəbər xətti