Smartfonlar beyin xərçənginə səbəb ola bilməz - ÜST

05:44 - 5 Sentyabr 2024 - DİGƏR

Bir qrup alim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə hazırlanan hesabatda smartfonların və ümumiyyətlə mobil telefonların beyin xərçənginə səbəb olmadığını qeyd edib.

Ucnoqta.az xəbər verir ki, təşkilatın sifarişi ilə bir qrup alim bu mövzuda indiyədək ən əhatəli məruzə hazırlayıb. Tədqiqatçılar hesab edirlər ki, belə bir mif qismən insanların bayağı savadsızlığı səbəbindən yaranıb.

Onlar bu mövzuda 5000-dən çox tədqiqatı araşdırdıqdan sonra bu qənaətə gəliblər və onlardan 64 elmi cəhətdən ən ciddi olanı seçiblər.
Aparıcı tədqiqatçı Ken Karipidis qeyd edib ki, dünya sakinləri arasında bütün növ smartfonların sürətlə yayılmasına baxmayaraq, beyin şişlərinin sayı ilə bağlı statistika heç də dəyişməyib.

Alim insanlara sadəcə olaraq smartfonların yaydığı radiodalğaları radioaktiv şüalanma ilə qarışdırmağı təklif edib.

Xəbər xətti