481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

17:05 - 1 Avqust 2024 - Xəbər

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1389 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1333 nəfərə imza vərəqi verilib. İndiyə qədər 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Xəbər xətti