Beyin oyanarkən yuxuya gedir

06:01 - 24 İyul 2024 - DİGƏR

Biz oyaq ikən beynin bəzi hissələrinin çox qısa müddətə yuxuya getdiyi, yuxuda ikən də eyni nahiyələrin qısa müddətə aktivləşdiyi müəyyən edilib. 

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nature Neuroscience jurnalında nəşr olunan araşdırmada siçanların beyinləri araşdırılıb. 

Orqanın 10 müxtəlif nahiyəsinə nazik elektrodlar yerləşdirilib. Beyin dalğalarının gərginliyi qeydə alınıb. Bir neçə ay ərzində bu şəkildə toplanan məlumatlar daha sonra yuxu ilə oyaqlığı ayırd etməyi öyrənən süni neyron şəbəkəsinə ötürülüb.

Alimlər qeyd ediblər ki, model beynin bir sahəsinin bir neçə millisaniyə ərzində oyandığını, beynin qalan hissəsinin isə yatdığını göstərir. Beyin oyaq olanda belə, eyni bölgə bir neçə millisaniyəlik yuxuda idi. Nəticələrin insanlara da aid olub-olmadığı hələ məlum deyil.

Xəbər xətti