Azərbaycanda qadını əsgər çağırdılar

22:24 - 19 İyul 2024 - Cəmiyyət

Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.

Ucnoqta.az oxu.az-a istinadla xəbər verir ki, vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı bildirib:

"Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portalda da qeydiyyatda kişi cinsi olaraq düşüb. Buna fikir verməmişdim.

Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni qadın. Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.

Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, "ASAN xidmət"lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib".

Xəbər xətti